00:00 07-11-2021
news_image
178
FUTBOL

Vinisiusa 1 milyard avro qiymət qoyuldu

İspaniyanın “Real” klubu futbolçusu Vinisius Juniorla yeni müqavilə imzalayacaq.

Apasprot.az saytının məlumatına görə, anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Yarımmüdafiəçinin hazırkı müqaviləsi 2024-cü ildə başa çatmalıdır. Braziliyalı hazırda ilə 3,5 milyon avro qazanır. Yeni anlaşma ilə onun maaşı 5,5 milyona çatacaq. Bu rəqəm bonuslar hesabına daha da arta bilər. Vinisiusun müqaviləsinə satış qiyməti kimi 1 milyard qeyd olunacaq. 

Qeyd edək ki, cənubi amerikalı cari mövsüm “Real”da keçirdiyi 15 qarşılaşmada 9 qol vurub.