16:55 06-11-2021
news_image
118
FUTBOL

Mövsümdə ilk: 195 gündən sonra

Azərbaycan Premyer Liqasında mövsümün ilk het-triki qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, “Zirə”nin gürcüstanlı legioneri Davit Volkov “Sabah”la X turun görüşündə üç qol vurub.

O, səfərdə gerçələşdirdiyi het-triklə komandasını məğlubiyyətdən xilas edib – 3:3. Bunadək mövsümün əvvəlki 9 turunda heç bir oyunçu bir matçda üç qol vurmamışdlı.

Azərbaycan çempionatlarında sonuncu het-trik ötən mövsüm qeydə alınıb. “Qarabağ”ın futbolçusu Mahir Emreli “Qəbələ” ilə görüşdə 3 qol vurub.

O, aprelin 25-də səfərdəki 5:0 hesablı qələbədə pay sahibi olub. Premyer Liqada 195 gündən sonra het-trik qeydə alınıb.