17:17 06-11-2021
news_image
486
FUTBOL

“Zəfər turu”nda "Sabah"dan Azərbaycan bayrağına hörmətsizlik

"Sabah" klubu evdə "Zirə"yə qarşı keçirdiyi Premyer Liqanın X tur matçında Azərbaycan bayrağına hörmətsizlik edib.

Apasport.az saytının məlumatına görə, "Bank Respublika Arena"dakı oyun zamanı bayraq tərsinə - yaşıl rəngi yuxarıda asılıb. 

Media nümayəndələrinin iradından sonra bayraq yalnız ikinci hissənin əvvəlində yerə endirilərək dəyişdirilib.

“Zəfər turu” adlandırılan və Zəfər günü ərəfəsində keçirilən oyun vaxtı bu addım birmənalı qarşılanmayıb.

Qeyd edək ki, "Sabah" - "Zirə" matçı 3:3 hesabı ilə başa çatıb.