17:21 06-11-2021
news_image
185
FUTBOL

Mançester derbisində avtoqol: Premyer Liqa tarixində ilk

“Mançester Yunayted”in futbolçusu Erik Bayi “Mançester Siti” ilə oyunda avtoqolla hesabı açıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Premyer Liqa tarixinə “Mançester Yunayted”in derbilərdəki ilk avtoqolunun müəllifi kimi düşüb.

Bayiyə qədər Mançester derbilərində “şəhərlilər”in heç bir qoluna rəqib oyunçu imza atmamışdı.

Ole-Qunnar Sulşerin yetirmələri bütün turnirlər nəzərə alınmaqla ardıcıl 14-cü ev oyununda qol buraxıb. Bu klub tarixində ikinci belə uğursuz seriyadır. 1958-59-cu illərdə mançesterlilər ardıcıl 21 ev oyununda qapısında qol görüb.