17:58 06-11-2021
news_image
148
DİGƏR NÖVLƏR

Natalya Bulanova FIG-in Texniki Komitəsinə üzv seçildi

Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasında (FIG) da fəaliyyət göstərəcək. 

Apasport.az saytının məlumatına görə, bu barədə AGF məlumat yayıb. 

Bildirilib ki, Türkiyənin Antalya şəhərində keçirilən FIG-in 83-cü Konqresdə Bulanova beynəlxalq qurumun bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib. O, birinci mərhələdə 46, ikinci mərhələdə isə 49 səs yığıb.