23:15 06-11-2021
news_image
261
TOP OYUNLARI

Millimizin sabiq hücumçusu Türkiyənin aşağı liqasında

Azərbaycan millisinin sabiq voleybolçusu Katerina Jidkovanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, milliləşən ukraynalı legioner karyerasına Türkiyədə davam edəcək.

O, 1-ci liqanın iddialı klublarından olan “Muratpaşa”ya keçib. Sultanlar Liqasına yüksəlmək niyyətində olan Antalya təmsilçisi 32 yaşlı veteran hücumçunu böyük ümidlərlə heyətinə qatıb.

Diaqonal oyunçusunun son klubu İtaliya təmsilçisi “Kasalmagiore” olub. Lakin Katerinanın Türkiyə təcrübəsi də var. O, “Nilufer Belediyyəspor” və “Sarıyer”in formasını geyinib.

Jidkova artıq sabah yeni klubunda debüt edə bilər. O, cari mövsüm məğlub olmayan iki klubun duelində “Karşıyaka”ya qarşı görüşün heyətinə daxili ediləcək.