20:28 06-11-2021
news_image
124
FUTBOL

Eyni komandadan 4-cü dəfə getdi

İtaliya A seriyasında baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Cenoa” Davide Ballardini ilə yollarını ayırıb.

Mütəxəssis öz köməkçiləri ilə birlikdə Genuya təmsilçisi ilə vidalaşıb. Buna komandanın uğursuz nəticələri səbəb olub. 12 oyunda 9 xal toplayan “Cenoa” 18-ci pillədə qərarlaşıb.

O, əvvəllər üç dəfə (2010-11, 2013, 2017-18) də bu postdan kənarlaşdırılıb.

Qeyd edək ki, Genuya təmsilçisi baş məşqçisini göndərməzdən öncə Andrey Şevçenko ilə danışıqlara başlayıb.