21:03 06-11-2021
news_image
125
FUTBOL

“Bavariya” rekordun bir addımlığında

“Bavariya” Almaniya Bundesliqasının XI turunda “Frayburq”la qarşılaşıb.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Bununla da “Bavariya”nın 2021-ci ildə Bundesliqada vurduğu qolların sayı 100-ə çatıb. Münhenlilər bununla da klubun mütləq rekorduna imza atıb.

Almaniya rekordu isə “Köln”ə məxsusdur. 1977-ci ildə kölnlülər 101 qol vurub. “Bavariya”nı bu rekorddan 1 top ayırır.