21:48 06-11-2021
news_image

Güləşçimiz dünya çempionu oldu

Azərbaycan güləşçisi Əliabbas Rzazadə dünya çempionu tituluna yiyələnib. 

Apasport.az saytının məlumatına görə, sərbəst güləş üzrə millimizin üzvü Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək idmançıların yarışında qızıl medala yiyələnib. 

57 kq çəkidə xalçaya çıxan Rzazadə finalda Bekbolot Mirzənəzər Uulunu (Qırğızıstan) 7:6 hesabı ilə məğlub edib. 

Digər güləşçimiz Zirəddin Bayramov (65 kq) isə bürünc medal görüşündə Stilyan İliyevə (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.