21:58 06-11-2021
news_image
964
FUTBOL

De Byazidən ilin son siyahısı - 6 legioner, 1 debütant

Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, yığmanın italiyalı baş məşqçisi Canni de Byazi noyabrda keçiriləcək oyunlar üçün heyəti müəyyənləşdirib.

Millimiz bu ay 2021-ci ildəki son iki görüşünü keçirəcək. Komandamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Bakıda Lüksemburqla, üç gün sonra yoldaşlıq oyununda Qətərlə qarşılaşacaq. 

2021-ci ilin son heyəti həm də müqaviləsi başa çatacaq de Byazinin son siyahısı ola bilər. Anlaşması ilin sonunda bitən italiyalı bu dəfə heyətə 24 oyunçu daxil edib. “Zirə”nin gənc futbolçusu Cəlal Hüseynov ilk dəfə milliyə dəvət alıb. Heyətdə ölkə xaricində çıxış edən 6 futbolçu da var.

Mehdi Cənnətov

Zirə

Qapıçı

Emil Balayev

Qarabağ

Qapıçı

Şahrudin Məhəmmədəliyev

Qarabağ

Qapıçı

Maksim Medvedev

Qarabağ

Müdafiəçi

Bəhlul Mustafazadə

Qarabağ

Müdafiəçi

Azər Salahlı

Keşlə

Müdafiəçi

Mert Çelik

Neftçi

Müdafiəçi

Höccət Haqqverdi

Sumqayıt

Müdafiəçi

Bəxtiyar Həsənalızadə

Sabah

Müdafiəçi

Tellur Mütəllimov

Sumqayıt

Müdafiəçi

Anton Krivotsyuk

Visla (Polşa)

Müdafiəçi

Amin Seydiyev

Sabah

Müdafiəçi

Cəlal Hüseynov

Zirə

Müdafiəçi

Qara Qarayev

Qarabağ

Yarımmüdafiəçi

Çoşqun Diniyev

Zirə

Yarımmüdafiəçi

Filip Ozobiç

Qarabağ

Yarımmüdafiəçi

Vüqar Mustafayev

Sumqayıt

Yarımmüdafiəçi

Emin Mahmudov

Neftçi

Yarımmüdafiəçi

Rüstəm Əhmədzadə

Minay (Ukrayna)

Hücumçu

Namik Ələskərov

Bursaspor (Türkiyə)

Hücumçu

Renat Dadaşov

Tondela (Portuqaliya)

            Hücumçu

Ramil Şeydayev

Qarabağ

Hücumçu

Mahir Emreli

Legiya (Polşa)

Hücumçu

Araz Abdullayev

Etnikos (Kipr)

Hücumçu

Qeyd edək ki, millinin hər iki matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.