16:05 07-11-2021
news_image
125
FUTBOL

Lempardla Terri rəqib oldu

Premyer Liqa klubu “Norviç” baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, çempionatın autsayderi Daniel Farkenin istefasından sonra bir neçə namizəd müəyyənləşdirib.

Komandanın sükanı arxasına keçməyə əsas iddiaçı “Çelsi”nin əfsanəvi futbolçularıdır. Belə ki, rəhbərlik Frenk Lempardla Con Terri arasında seçim aparır. Həmçinin Lusyen Favr və Stiv Bryus da alternativ variant hesab edilir.

Qeyd edək ki, “Norviç” 11 turdan sonra 5 xalla turnir cədvəlinin son pilləsində qərarlaşır.