16:26 07-11-2021
news_image
163
FUTBOL

Vüsal İsgəndərli yenə “Keçiörengücü”yə qələbə qazandırdı

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyə çempionatında növbəti qolunu vurub.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi TFF I Liqasının XII turunda “Gənclərbirliyi” ilə qarşılaşmada fərqlənib.

Məhz Vüsalın 51-ci dəqiqədə vurduğu top komandası “Keçiörengücü”nü hesabda önə keçirib. Bu, İsgəndərlinin cari mövsüm çempionatda 3-cü qolu olub. Həmyerlimizin 39-cu dəqiqədə meydana daxil olduğu qarşılaşmanın sonlarında daha bir qol vuran “Keçiörengücü” 2:0 hesablı qələbə qazanıb. Bu da komandanın 10 xalla 16-cı pilləyə yüksəlməsinə kömək edib.

Qeyd edək ki, “Keçiörengücü” ötən turda məhz Vüsal İsgəndərlinin son dəqiqə qolu sayəsində “İstanbulspor” üzərində 3:2 hesablı qələbə qazanıb.