00:35 08-11-2021
news_image
98
FUTBOL

“Yuventus”da daha bir yeni müqavilə

“Yuventus”da daha bir futbolçu ilə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, Paulo Dibaladan sonra digər yarımmüdafiəçi Xuan Kuadrado ilə də yeni müqavilə razılaşdırılıb.

Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb və Kolumbiya yığmasının üzvünün sözləşməsini yeniləyəcəyi dəqiqləşib. 33 yaşlı oyunçunun cari mövsümün sonuna qədər olan müqaviləsi 2024-cü ilin yayına qədər uzadılacaq.

Qeyd edək ki, Xuan Kuadrado ötən mövsüm “Yuventus”un heyətində 40 oyun keçirib, 2 qol vurub.