20:32 07-11-2021
news_image
152
FUTBOL

“Yuventus”un futbolçuları İtaliya millisindən kənarlaşdırılır

İtaliya millisi ciddi itkilərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra” iki aparıcı futbolçusunun xidmətindən məhrum qalıb.

Baş məşqçi Roberto Mançini “Yuventus”un üzvləri Leonardo Bonuççi və Corcio Kyellininin xidmətindən yararlana bilməyəcək. Yığmada tibbi müayinədən keçən təcrübəli oyunçular klubun düşərgəsinə qayıdacaq. Çünki hər iki oyunçuda zədə aşkarlanıb. Onlar DÇ-2022-nin seçmə mərhələsində İsveçrə və Şimali İrlandiya ilə oyunları buraxacaq.

Qeyd edək ki, noyabrın 12-də İsveçrəni qəbul edəcək İtaliya yığması üç gün sonra Şimali İrlandiyanın qonağı olacaq. Hazırda aktivində 14 xal olan “Skuadra Adzurra” İsveçrə ilə 1-2-ci yerləri bölüşdürür.