21:58 07-11-2021
news_image
245
FUTBOL

Namik Ələskərov da Türkiyədə fərqləndi

Azərbaycan millisinin daha bir futbolçusu Türkiyə TFF I Liqasında fərqlənib.

Apasport.az saytının məlumatına görə, “Bursaspor”un şərəfini qoruyan Namik Ələskərov XII turda “Kocaelispor”la görüşdə qol vurub.

Lakin bu, komandasının xal qazanmasına kömək olmayıb. Kocaelidə baş tutan qarşılaşmada start heyətində meydana çıxan və 90 dəqiqəni əvəz edilmədən keçirən Ələskərov 60-cı dəqiqədə penaltidən hesab arasındakı fərqi minimuma endirib. Ancaq bir saatdan çox azlıqda çıxış edən “Bursaspor”un bundan artığına gücü çatmayıb və komanda səfərdə minimal hesabla uduzub – 1:2. Rəqibin heyətində sabiq “Qarabağ”lı Dino Ndlovu hesabı açıb.

Bu yenilgi aktivində 14 xal olan Bursa təmsilçisinin turnir cədvəlində 11-ci pilləyə düşməsinə səbəb olub.

Qeyd edək ki, bu gün “Keçiörengücü”nün öz meydanında “Genclerbirliyi”ni 2:0 hesabı ilə məğlub etdiyi matçda digər həmyerlimiz Vüsal İsgəndərli qollardan birinə imza atıb.