22:23 07-11-2021
news_image
629
FUTBOL

“Legiya” yenə uduzdu, Emreli “sarı” ilə yadda qaldı

Azərbaycan yığmasının futbolçusu Mahir Emreli klubu “Legiya”nın heyətində növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisi Polşa Ekstraklasasının XIV turunda ev matçına çıxıb.

Son çempion “Stal”la qarşılaşmada da uğursuz çıxışını davam etdirib. Melets təmsilçisinin səfərdə 3:1 hesablı qələbə qazandığı qarşılaşmada həmyerlimiz 39-cu dəqiqədə sarı vərəqə almaqla yadda qalıb və 74-cü dəqiqədə əvəzlənib.

Bununla həm çempionatda aktivində cəmi 2 qolu olan Mahirin, həm də turnir cədvəlində 18 komanda arasında 17-ci pilləyə düşən “Legiya”nın geriləməsi davam edib.