23:39 07-11-2021
news_image

Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı sona çatıb.

Apasport.az saytının məlumatına görə, yarışın son günündə Azərbaycanın daha bir sərbəst güləşçisi qızıl medala yiyələnib.

Osman Nurməhəmmədov (92 kq) bütün rəqiblərini məğlub etməklə dünya çempionu tituluna sahib olub. O, bu gün keçirilən finalda Azamat Zakuyevi (Rusiya) 4:2 hesabı ilə məğlub edib.