10:10 08-11-2021
news_image
164
FUTBOL

Namik Ələskərova azarkeşlər hücum çəkdi

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” klubu azarkeşlərin hücumuna məruz qalıb. 

Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri Bursa təmsilçisi rəsmi tvitter səhifəsi vasitəsilə yayıb.

Bildirilib ki, hadisə TFF I Liqasının XII turunda “Kocaelispor”la səfər oyunundan əvvəl baş verib. Komanda stadiona daxil olarkən yerli fanatlar avtobusu təpikləyib və butulkalar atıblar.

Qeyd edək ki, 1:2 hesabı ilə məğlub olan “Bursaspor”un yeganə qoluna penaltidən Namik Ələskərov imza atıb.