10:28 08-11-2021
news_image
197
FUTBOL

Benzema “Real”ı bu kluba dəyişmək istəyir

Kərim Benzema mövsümün sonunda “Real”ı tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, bu, “kral klubu”nun transfer siyasətindən asılı olacaq.

Madrid təmsilçisi gələn yay Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandı heyətinə cəlb etməyi planlaşdırır. Əgər bu keçid reallaşarsa, Benzema başqa komandaya yollanmağı nəzərdən keçirəcək. “Nyukasl”ın təklifini rədd edən ulduz futbolçu PSJ və ya sabiq klubu “Lion” üçün Fransaya qayıtmağa qarşı deyil. O, xüsusən də, PSJ-nin formasını geyinməkdə maraqlıdır.

Qeyd edək ki, Benzema bu mövsüm 15 oyunda 14 qol vurub, 8 məhsuldar ötürmə verib.