10:56 08-11-2021
news_image
105
FUTBOL

Derbidə klub rekordu yeniləndi

İtaliya A seriyasının XII turunda “İnter”lə qarşılaşan “Milan” əzəli rəqibi ilə heç-heçə edib (1:1).

Apasport.az saytının məlumatına görə, bu görüş “rossonyerlər” üçün əlamətdar olub.

Komanda mövsümün startında ən çox xal toplama rekordunu yeniləyib. İlk 12 turda 32 xal qazanan “Milan” 3 xallıq sistemlə keçirilən çempionatlarda (1994/95 mövsümündən bəri) öz rekordunu təzələyib.

Qeyd edək ki, “Milan” hazırda A seriyasında 2-ci, “İnter” isə 3-cü pillədə qərarlaşır.