12:00 08-11-2021
news_image
110
FUTBOL

Azərbaycan çempionatlarının 13-cü məhsuldar sülhü

Azərbaycan Premyer Liqasında mövsümün ən məhsuldar heç-heçəsi qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, 6 qolun vurulduğu “Sabah” – “Zirə” oyununda qalib müəyyənləşməyib – 3:3.

1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 13-cü dəfə 6 və ya daha çox qolun vurulduğu matç sülhlə başa çatıb. Mütləq rekord 6:6 hesabı ilə nəticələnən “Viləş” – “Turan” qarşılaşmasında qeydə alınıb. “Kürmük”lə “Kəpəz” arasında matçda isə 8 qol vurulub.

3:3 hesabına 11-ci dəfə təsadüf olunur. Sonuncu belə heç-heçə 6 il əvvəl qeydə alınıb. Həmin vaxt “Sumqayıt”la “Rəvan” hərəyə üç qolla 1 xal qazanıb.

6 və daha çox qollu heç-heçələr:
01.06.1992. “Kürmük” (Qax) – “Kəpəz” (Gəncə) - 4:4
27.11.1994. “Xəzər” (Lənkəran) – “Xəzər” (Sumqayıt) - 3:3
21.05.1995. “Bakı fəhləsi” (Maştağa) – “İnşaatçı” (Bakı) - 3:3
02.08.1995. “Turan” (Tovuz) – “Kəpəz” (Gəncə) - 3:3
25.04.1999. “Viləş” (Masallı) – “Turan” (Tovuz) - 6:6
14.05.2000. “Turan” (Tovuz) – “Şəmkir” - 3:3
02.08.2003. “Bakılı” – “Dinamo” (Bakı) - 3:3
28.04.2007. “Karvan” (Yevlax) – “Gilan” (Qəbələ) - 3:3
20.04.2008. “Bakı” – “Karvan” (Yevlax) - 3:3
27.09.2009. “Olimpik-Şüvəlan” (Bakı) – “Turan” (Tovuz) - 3:3
20.11.2014. AZAL (Bakı) – “Qəbələ” - 3:3
19.12.2015. “Sumqayıt” – “Rəvan” (Bakı) - 3:3
06.11.2021. “Sabah” (Bakı) – “Zirə” (Bakı) – 3:3

Qeyd: Sonradan adını dəyişən komandalar oyun zamanı daşıdığı kimi göstərilib.