12:47 08-11-2021
news_image
110
FUTBOL

“Milan” Pioli ilə bağlı qərarını verdi

“Milan” baş məşqçisi Stefano Pioli ilə yeni müqavilə imzalayacaq.

Apasport.az xəbər verir ki, bu barədə tanınmış italiyalı jurnalist Nikolo Şkira məlumat yayıb.

Onun sözlərinə görə, danışıqlar son mərhələdədir. 56 yaşlı mütəxəssis yeni sözləşməyə əsasən, illik təxminən 3 milyon avro maaş və bonuslar alacaq. Müqavilə müddəti 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, “Milan” hazırda A seriyasında 32 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır və lider “Napoli”dən yalnız top fərqinə görə geri qalır.