12:58 08-11-2021
news_image
159
FUTBOL

Davit Volkov iki rekordla tarixə düşdü

“Zirə”nin futbolçusu Davit Volkov klub tarixinə düşüb.

Apasport.az xəbər verir ki, gürcüstanlı hücumçu iki rekorda imza atıb.

O, bunu Premyer Liqanın X turunun “Sabah”la görüşündə üç qol vurmaqla gerçəkləşdirib. Het-trik sayəsində Volkov “Zirə”nin heyətində vurduğu qolların ümumi sayını 19-a çatdırıb. 45 oyuna çıxan forvard klub tarixinin ən məhsuldar futbolçusu adına yiyələnib. O, 16 qol vuran Nelson Bonilyanı arxada qoyub.

Davit həm də “Zirə”nin Premyer Liqadakı ən yaxşı bombardiri olub. O, “Sabah”la qarşılaşmaya qədər şəriki olduğu Nelson Bonilyanı keçib. 40-cı çempionat oyununa çıxan hücumçu het-triklə qol sayını 17-yə çatdırıb. Bonilyanın aktivində 14 top var.

Qeyd edək ki, “Sabah” – “Zirə” oyunu 3:3 hesabı ilə nəticələnib.