13:30 08-11-2021
news_image
162
FUTBOL

Premyer Liqamızın bombardiri ilk dəfə Gürcüstan millisinə çağırıldı

“Zirə”nin hücumçusu Davit Volkov ilk dəfə Gürcüstan millisinə çağırılıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Villi Sanyol 26 yaşlı forvarda yığmada debüt etmək imkanı yaradıb.

Volkov DÇ-2022-nin seçmə mərhələsində noyabrın 11-də İsveç və dörd gün sonra Özbəksitana qarşı keçiriləcək yoldaşlıq görüşündə məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, Davit Volkov Azərbaycan Premyer Liqasında 8 qolla bombardirlər yarışına başçılıq edir.