14:32 08-11-2021
news_image
288
FUTBOL

“Səbail”in futbolçusu vətəndaşlığını dəyişdi, milliyə çağırıldı

“Səbail”in futbolçusu Camal Araqo vətəndaşlığını dəyişib.

Apasport.az saytının Liberiya mətbuatına istinadən məlumatına görə, 28 yaşlı müdafiəçi bu ölkənin vətəndaşlığını qəbul edib.

Əslən Liberiyadan olan Araqo artıq bu ölkənin millisinə də çağırılıb. Baş məşqçi Piter Batler qarşıdakı oyunlar üçün açıqladığı 22 nəfərlik heyətə onu da cəlb edib. Vaxtilə Qananın U-20 yığmasında 2 yoldaşlıq görüşündə iştirak edən Araqo Liberiya millisini seçməklə nənəsinin arzusunu həyata keçirib.

Qeyd edək ki, Liberiya yığması DÇ-2022-nin seçmə mərhələsində noyabrın 11-də Nigeriya, 15-də isə CAR-la qarşılaşacaq.