15:23 08-11-2021
news_image
174
FUTBOL

Argentinalı hücumçuya daha 3 müştəri

Argentina millisinin futbolçusu Xulian Alvareslə maraqlanan Avropa klublarının sayı artmaqdadır.

Apasport.az saytının məlumatına görə, “River Pleyt”in hücumçusu daha 3 komandanın gündəminə düşüb.

Bu dəfə “Milan”, “Fiorentina” və “Atletiko” 21 yaşlı forvardı heyətinə cəlb etmək üçün yarışa qoşulub. Argentina klubu isə onu 20 milyon avroya satmağı planlaşdırır. Klubla müqavilə müddəti 2022-ci ilin sonuna qədər olan Alvareslə “Real”, “Yuventus”, “Napoli” və “Mançester Yunayted” də maraqlanır.

Qeyd edək ki, forvard bu mövsüm 39 oyunda 15 qol vurub, 13 məhsuldar ötürmə verib.