15:46 08-11-2021
news_image
148
FUTBOL

“Mançester Yunayted”də baş məşqçi postuna iki əsas namizəd

“Mançester Yunayted” baş məşqçi postuna namizədləri müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, siyahıya Zinəddin Zidan başçılıq edir.

“Qırmızı-şeytanlar”ın ardıcıl uğursuz çıxışı hazırkı çalışdırıcı Ole Qunnar Sulşerin postunu laxladıb. Rəhbərlik norveçli mütəxəssisi dəstəkləsə də, vəziyyət dəyişməyəcəyi təqdirdə, onunla yollar ayrılacaq. Fransalı mütəxəssis ölkəsinin yığmasında çalışmaq istəsə də, “mankunianlar”ın təklifini də dəyərləndirə bilər.

Zidanla danışıq müsbət nəticələnməsə, Premyer Liqa klubu “Lester”in baş məşqçisi Brendan Rojersə təklif göndərəcək.