00:06 09-11-2021
news_image
192
FUTBOL

“Real” 6 futbolçusundan qurtulacaq

“Real” bu mövsüm bir neçə futbolçudan qurtula bilər.

Apasport.az saytının məlumatına görə, konkret 6 oyunçu klubdan ayrılmaq ərəfəsindədir.

Bunlar Qaret Beyl, Eden Azar, İsko, Marselo, Luka Yoviç və Xesus Valyexodur. Yenidən əzəmətli heyət qurmaq istəyən “kral klubu” Kilian Mbappe və Erlinq Haland kimi ulduzları transfer etməkdə maraqlıdır. Buna maliyyə büdcəsi ayrılması üçün bəzi yüksək ödənişli oyunçular yola salınacaq.

La Liqa təmsilçisi adıçəkilən oyunçularla ən geci mövsümün sonunda yollarını ayırmaq niyyətindədir.