23:37 08-11-2021
news_image
126
FUTBOL

Sterlinqə qarşılıq de Yonq

“Barselona” “Mançester Siti”nin hücumçusu Rahim Sterlinqin transferində israrını davam etdirir.

Apasport.az saytının məlumatına görə, kataloniyalılar yay fasiləsində keçidini reallaşdıra bilmədiyi ulduz futbolçunu bu dəfə heyətinə qatmaq üçün dəridən qabıqdan çıxır.

Lakin ispanlar İngiltərə millisinin üzvü üçün tələb olunan məbləği ödəmək iqtidarında olmadığından, “şəhərlilər” onu yarımmüdafiəçi Frenki de Yonqla dəyişdirməyi təklif edəcək. Premyer Liqa təmsilçisi hətta əlavə 20 milyon avro ödəməyə də hazırdır.

Qeyd edək ki, Frenki de Yonq bu mövsüm “Barseona”nın heyətində 13 oyunda 2 məhsuldar ötürmə verib. Sterlinq isə “Mançester Siti”də 15 görüş keçirib, 2 qol, 2 assistlə yadda qalıb.