22:25 08-11-2021
news_image
213
FUTBOL

PSJ-də Messi narazılığı

Lionel Messinin Argentina millisinə çağırılması klubu PSJ-nin narazılığına səbəb olub.

Apasport.az saytının məlumatına görə, Fransa klubu 34 yaşlı superulduzun zədəli vəziyyətdə yığmanın düşərgəsinə yollanmasını doğru hesab etmir.

Parislilərin idman direktoru Leonardo dizindəki zədə səbəbindən son iki matçı buraxan Leonun yığmanın qarşıdakı matçlar üçün heyətə cəlb olunması ilə bağlı şikayətlərini bildirib. O, belə halların qarşısının alınması üçün FİFA ilə müqavilə imzalanmasının vacib olduğunu söyləyib.

Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin seçmə mərhələsində Uruqvay (12 noyabr) və Braziliya (16 noyabr) ilə qarşılaşacaq.