22:53 08-11-2021
news_image
148
FUTBOL

“Barseona”ya görə Braziliya yığmasından imtina etdi

Bu gün “Barselona”ya baş məşqçi təyin olunan Xavi Ernandesin başqa variantı da olub.

Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis Braziliya millisindən təklif alıb.

İspaniyalı Qətərin “Əl-Sədd” klubunda çalışdığı zaman Braziliya yığmasından təklif aldığını söyləyib. “Pentakampeonlar” konkret olaraq DÇ-2022-dən sonra Xavini hazırkı çalışdırıcı Titenin yerinə təyin etmək istəyib. Lakin o, doğma komandası “Barselona”nın sükanı arxasına keçmək üçün braziliyalılara “yox” cavabını verib.

Qeyd edək ki, Xavi Ernandes “Barselona” ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.