18:04 08-11-2021
news_image
252
FUTBOL

Cerrarda Premyer Liqa klubundan təklif

Dünən baş məşqçi Din Smitlə yollarını ayıran “Aston Villa” bu posta axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubunun ilk namizədi “Reyncers”in çalışdırıcısı Stiven Cerrarddır.

Birmingem təmsilçisi 41 yaşlı mütəxəssislə danışıqlara başlayıb. İngiltərə klubu millinin sabiq üzvünə 3 illik müqavilə təklif edib. “Aston Villa”nın baş məşqçi postuna ikinci namizədi isə “Sauthempton”lu Ralf Hazenhyuttldır.

Qeyd edək ki, “Aston Villa” hazırda 10 xalla Premyer Liqanın 16-cı pilləsində qərarlaşır.