10:13 09-11-2021
news_image
121
FUTBOL

“Nyukasl” üçün 20 milyonluq müdafiəçi

İngiltərənin “Nyukasl” klubu transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanından olan yeni sahibkarlar qış transfer pəncərəsində heyəti gücləndirmək niyyətindədir.

Premyer Liqa təmsilçisinin transfer siyahısında yer alan oyunçulardan birinin adı bəlli olub. Nyukasl klubu Kiran Trippyeri heyətinə qatmaq istəyir.

31 yaşlı ingiltərəli müdafiəçinin İspaniya “Atletiko”sundan transferi ilə bağlı danışıqlara start verilib. Müqaviləsi 2023-cü ilin yayında başa çatacaq arxa xətt oyunçusunun transfer qiyməti 20 milyon avrodur.

Qeyd edək ki, Kiran cari mövsüm bütün turnirlərdə 15 matçda “Atletiko” forması geyinib.