10:37 09-11-2021
news_image
132
FUTBOL

Premyer Liqa klubunun Roberto Martines sevdası

“Aston Villa” baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu bu posta namizədlərin siyahısını tərtib edib.

Premyer Liqa təmsilçisinin çalışdıra biləcək mütəxəssislər sırasında Roberto Martines də yer alıb. Birminhemlilər Belçika millisinin baş məşqçisini komandanın “sükanı arxası”na gətirməyi planlaşdırır.

Lakin bu təyinat “Aston Villa”ya baha başa gələcək. Martines üçün Belçika Futbol Federasiyasına kompenasaiya ödənilməlidir.

Qeyd edək ki, namizədlər siyahısında Stiven Cerrard, Ralf Hazenxyuttl, Kasper Yulmann, Tomas Frank, Paulu Fonseka kimi mütəxəssislər də var.