11:14 09-11-2021
news_image
976
FUTBOL

Millimizə iki namizəd: Samet Aybaba təsdiqlədi, Okan Buruk Bakıya gəlir

Türkiyəli mütəxəssis Samet Aybaba Azərbaycan milli komandasını çalışdırmaq variantının olduğunu təsdiqləyib.

Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı AFFA nümayəndələri ilə də görüşüb.

Son iş yeri “Adana Dəmirspor” olan çalışdırıcı bildirib ki, danışıqlara başlayıb: “Azərbaycan milli komandasının maraqlanması doğrudur. Bununla bağlı görüşdüyümüzü də söyləyə bilərəm. Lakin hələ rəsmi anlaşma yoxdur. Danışıqlarımız davam edir”.

Aybaba millinin baş məşqçisi postunda Canni de Byazini əvəzləyə biləcək yeganə türkiyəli deyil. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Okan Burukla da görüşüb. “Başakşəhər”in sabiq çalışdırıcısının yaxın günlərdə Bakıya gəlməsi gözlənilir.

Qeyd edək ki, yığmanın indiki baş məşqçisi Canni de Byazinin müqaviləsi 2021-ci ilin sonunda başa çatır.