11:30 09-11-2021
news_image
232
FUTBOL

Ozobiçlə Əliyev fasiləyə cəzalı yollandı

Azərbaycan Premyer Liqasında iki futbolçu sarı vərəqə limiti üzündən cəzalı duruma düşüb.

Apasport.az saytının məlumatına görə, “Qarabağ” Filip Ozobiçin, “Keşlə” Şəhriyar Əliyevin xidmətindən məhrum olub.

Hər iki oyunçu X turda aldıqları vərəqə ilə xəbərdarlıq sayını 4-ə çatdırıb. Filip “Sumqayıt” (4:0), Şəhriyar “Neftçi” (3:2) üzərində qələbə zamanı cəzalanıb.

Milli komandaların qarşılaşmaları ilə əlaqədar fasilə ərəfəsində alınan xəbərdarlıqlar onların XI turda oynamasına “qırmızı işıq” yandırıb. Ozobiçlə Əliyev növbəti turda baş tutacaq “Qarabağ” – “Keşlə” görüşünü buraxacaq.
Qeyd edək ki, X turda daha iki oyunçu qırmızı vərəqə üzündən cəzalı duruma düşüb. Yurgen Qoxa “Səbail”in, Xuan Kamara “Sabah”ın növbəti matçında iştirak etməyəcək.