12:54 09-11-2021
news_image
130
FUTBOL

“Valensiya” istədiyi vingeri tapdı

İspaniyanın “Valensiya” axtardığı vingeri İngiltərə Premyer Liqasında tapıb.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi Adama Traoreni heyətinə qatmağa qərar verib.

“Yarasalar” “Vulverhempton”un 25 yaşlı futbolçusunu transfer etmək üçün danışıqlara start verəcək. Lakin Valensiyanın eyniadlı təmsilçisi bu keçid üçün xərcə düşməlidir. Çünki “Vulverhempton” Traoreni buraxmaqda o qədər də maraqlı deyil.

Qeyd edək ki, müqaviləsi 2023-cü ilədək olan Traoreyə Premyer Liqa təmsilçisi də yeni anlaşma təklif edib. İngiltərəlilər onu daha üç il heyətində saxlamaq fikrindədir.