14:20 09-11-2021
news_image
176
FUTBOL

Milan Obradoviçin həmyerliləri gəlir: Milanoviçlə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avstriya ilə oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, noyabrın 12-dəki görüşü Serbiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

AVRO-2023-ün seçmə oyununun baş hakimi Miloş Milanoviç idarə edəcək. Ona Yovan Grujiçlə Matiya Olayos kömək edəcək. Dördüncü hakim funksiyasını Marko Sreçkoviç yerinə yetirəcək.

Qeyd edək ki, serbiyalı baş məşqçi Milan Obradoviçin komandası bu oyunu “Bakcell Arena”da keçirəcək.