14:50 09-11-2021
news_image
124
FUTBOL

Messi meydana qayıdır

Lionel Messi Argentina millisinin qarşıdakı iki oyununda iştirak edə bilər.

Apasport.az saytının məlumatına görə, zədə səbəbindən PSJ-nin son iki matçını buraxan hücumçu artıq yığmanın düşərgəsindədir.

Millinin həkimləri Messinin Braziliya ilə noyabrın 17-dəki qarşılaşmada 90 dəqiqə oynamasına icazə veriblər. 34 yaşlı futbolçu Uruqvayla ayın 13-dəki görüşdə də iştirakı mümkündür. Onun bu qarşılaşmada sonradan meydana çıxması daha məqsədəuyğundur.

Qeyd edək ki, PSJ bərpa prosesi keçən Messinin yığmaya çağırılmasının əleyhinə idi.