15:10 09-11-2021
news_image
143
FUTBOL

“Yuventus”un ehtiyat variantı

İtaliya “Yuventus”u qış transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Antoni Marsialın keçidini həll etmək fikrinə düşüb.

Turin klubu İngiltərədə “Mançester Yunayted” forması geyən hücumçuya ehtiyat variant kimi yanaşır. “Yuventus” “Fiorentina”nın bombardiri Duşan Vlahoviçi transfer edə bilməsə, bütün diqqətini Marsiala yönəldəcək.

Qeyd edək ki, Antoni Dortmund “Borussiya”sının transfer siyahısında da yer alıb.