15:29 09-11-2021
news_image
209
FUTBOL

Yığmanın 5 futbolçusu karantinə alındı

Almaniya millisi DÇ-2022-nin seçmə mərhələsinin noyabr oyunları ərəfəsində xoşagəlməz halla üzləşib.

Apasport.az saytının məlumatına görə, yığmanın 5 futbolçusu karantinə alınıb.

Buna səbəb onların koronavirusa yoluxan komanda yoldaşları ilə sıx təmasda olmasıdır. Bu oyunçuların adları rəsmən açıqlanmasa da, Niklas Züle və Yozua Kimmixin də onlar arasında olduğu iddia edilir.

Komandanın digər üzvlərinin testləri mənfi nəticələnib. Onlar qarşıdakı matçların hazırlığını davam etdirir.

Qeyd edək ki, Bundestim DÇ-2022-nin seçmə mərhələsində noyabrın 11-də Lixtenşteyn, üç gün sonra Ermənistanla qarşılaşacaq.