16:09 09-11-2021
news_image
816
FUTBOL

“Neftçi” birinci, “Qarabağ” ikinci, digərləri…

Azərbaycan Premyer Liqasında arxada qalan 10 turun 40 oyununu 28 min 160 tamaşaçı izləyib.

Apasport.az saytının məlumatına görə, orta hesabla hər matçda 704 izləyici olub.

Ev oyunlarındakı tamaşçı sayında “Neftçi” liderdir. Son çempion kimi hazırkı lider “Qarabağ” da orta göstəricidə 4 rəqəmli ədədə malikdir.

İlk “üçlüy”ü “Sabah” qapayır. Son iki pilləni qəsəbə adı daşıyan komandalar tutur. “Zirə” sonuncu, “Keşlə” 7-ci pillədə qərarlaşıb.

yer

komanda

tamaşaçı

oyun

orta

1

Neftçi

5700

4

1425

2

Qarabağ

4050

4

1013

3

Sabah

5000

6

833

4

Qəbələ

2700

4

675

5

Sumqayıt

3140

5

628

6

Səbail

2950

6

492

7

Keşlə

2720

6

453

8

Zirə

1900

5

380

 

Cəmi

28160

40

704