17:54 09-11-2021
news_image
131
FUTBOL

Ramos məşqlərə başladı

Fransa PSJ-sinin futbolçusu Serxio Ramos komanda ilə məşqlərə başlayıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı müdafiəçi Paris təmsilçisinin hazırlığında iştirak edib.

O, komandasının gənc oyunçulara qarşı hazırlıq xarakterli matçında da şans qazanıb. Bu ilin yayında PSJ-yə keçən Serxio zədələrdən əziyyət çəkdiyi üçün hələ də komandada rəsmi debüt etməyib.

Qeyd edək ki, Ramos PSJ-yə azad agent kimi keçib.