23:18 09-11-2021
news_image
176
FUTBOL

“Liverpul”dan Dembeleyə təklif

“Barselona”nın futbolçusu Usman Dembele İngiltərədən təklif alıb.

Apasport.az saytının məlumatına görə, fransalı hücumçu karyerasını “Liverpul”da davam etdirmək variantına malikdir.

Premyer Liqa təmsilçisi müqaviləsi 2022-ci ilin yayında başa çatacaq forvardı azad agent kimi sıralarına qatmaq fikrindədir. İspaniya nəhəngi isə hələ də oyunçusu ilə yeni anlaşma barədə razılıq əldə edə bilməyib.

Bu vəziyyətdən yararlanmaq niyyətində olan “Liverpul”un nümayəndələri oyunçu ilə danışıqlara başlayıb və ona cəlbedici təklif edib.

Qeyd edək ki, “Barselona”nın yeni baş məşqçisi Xavi də Usmanın heyətdə saxlanılmasını istəyib.