09:17 10-11-2021
news_image
179
FUTBOL

Xavi Messinin qayıtmasını istədi

PSJ-nin hücumçusu Lionel Messi doğma komandası “Barselona”ya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, kataloniyalılar 2023-cü ilin yayında argentinalı superulduzu yenidən heyətə cəlb etməyi planlaşdırır.

34 yaşlı oyunçu ilə “Barselona”nın prezidenti Joan Laporta arasında münasibətlərin korlanmasına baxmayaraq, yeni baş məşqçi Xavi Ernandes PSJ ilə müqavilə müddəti başa çatdıqdan sonra sabiq komanda yoldaşını sərəncamında görmək istəyir. 41 yaşlı çalışdırıcı indidən niyyətini Leoya çatdırıb. Məhz Xavi amili bu dönüşdə həlledici rol oynaya bilər.

Qeyd edək ki, Messi bu ilin yayında PSJ ilə 2 illik müqavilə imzalayıb.