10:31 10-11-2021
news_image
150
FUTBOL

Autsayderin formal finişi - AFİŞA

Sabah DÇ-2022-də IX tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, 5 komandanın mübarizə apardığı qruplardakı yığmalardan biri seçmə mərhələni bu tur başa vuracaq.

Tsikldə son matçını çıxacaq yığmalardan biri də Azərbaycan millisidir. X turu buraxan Canni de Byazinin yetirmələri seçmə mərhələni evdə bitirəcək. Yığmamız finişdə Lüksemburqla qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda baş tutacaq görüş millimiz üçün heç bir əhəmiyyət kəsb etmir. Cəmi 1 xala malik komanda artıq qrup sonunculuğunu təmin edib. İstənilən nəticə yığmanın mövqeyinə təsir edə bilməyəcək.

Lakin tsikli qələbəsiz başa vurmamaq, ilk dəfə 3 xal qazanmaq üçün millimiz döyüşməyə borcludur. Həm də səfərdə uduzduğu “cırtdan”lardan revanş almaq üçün qələbə zəruridir. Lüksemburqlular heç nə vəd etməyən 3-cü yer uğrunda mübarizə aparır. Yeganə xalını da səfərdə qazanan milli öz meydanında məğlubiyyətlərə son vermək üçün meydana çıxacaq. Formal finişdəki qələbə təsəllidən başqa bir şey olmasa da, futbolçular tribunalara toplaşacaq azsaylı azarkeşləri sevindirməyə borcludur. Ardıcıl ikinci seçmə mərhələni qələbəsiz bitirmək tam fiaskodan xəbər verəcək. Düzdür, yığma Millətlər Liqasının aşağı divizionunda qələbə də, xal da qazanıb. Lakin AVRO-2020-nin seçmə oyunları da qalibiyyətsiz bitib.

Qeyd edək ki, sabah baş tutacaq qrupun digər oyununda İrlandiya Portuqaliyanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, IX tur
11 noyabr
21:00. Azərbaycan – Lüksemburq
Baş hakim:
Manuel Şuttenqruber (Avstriya)
Bakı Olimpiya Stadionu

1

Serbiya

7

5

2

0

16-8

17

2

Portuqaliya

6

5

1

0

16-4

16

3

Lüksemburq

6

2

0

4

5-14

6

4

İrlandiya

6

1

2

3

8-8

5

5

Azərbaycan

7

0

1

6

4-15

1