11:35 10-11-2021
news_image
1261
FUTBOL

Millimizin müdafiəçisindən “Neftçi” variantına münasibət

“Mən Sumqayıtın üzvüyəm, bu komanda ilə müqaviləm var”.

Bunu apasport.az saytına açıqlamasında “Sumayıt”ın müdafiəçisi Höccət Haqverdi “Neftçi”nin maraq dairəsində olmasına münasibət bildirərkən deyib.

Paytaxt klubu qış fasiləsində Azərbaycan millisinin futbolçusunu heyətinə cəlb etmək niyyətindədir. Məsələyə münasibət bildirən 28 yaşlı oyunçu hazırda bu barədə düşünmədiyini söyləyib. Ancaq Haqverdi transfer iddiasını təkzib də etməyib: “İndi yalnız və yalnız komandam, qarşıdakı oyunlar haqda düşünürəm. Gələcəkdə nə olacağını zaman göstərəcək”.

Qeyd edək ki, Höccət Haqverdinin “Sumqayıt”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.