17:05 10-11-2021
news_image
123
FUTBOL

Lüksemburqun baş məşqçisi: "Azərbaycanla görüşə motivasiyamız yüksəkdir"

“Azərbaycan və Lüksemburq qrupda favorit deyillər".

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının baş məşqçisi Lük Holts DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransında iştirak edib. O, səfər matçına baxmayaraq, uğurlu nəticə hədəflədiklərini söyləyib: “Püşkatma zamanı qrupda dördüncü yer uğrunda yarışacağımızı düşünürdük. Amma indi 3-cü pillədəyik. Məqsədimiz sona qədər bu yerdə qalmaqdır".

- Sabahkı matça hansı məqsədlə çıxacaqsınız?
- Bu oyundan həmçinin Millətlər Liqasındakı çıxışımıza hazırlıq məqsədi daşıyırıq. Bu baxımdan sabah heyətdə bəzi dəyişikliklər olacaq. Millətlər Liqasında Azərbaycanla qarşılaşmışdıq. Amma bunun üzərindən 2 il vaxt keçib. İki ay əvvəl Azərbaycan yığması ilə qarşılaşmışdıq və layiqli qələbə qazanmışdıq. Sabahkı görüşə də motivasiyamız yüksəkdir. Komandada heç bir stress yoxdur".

- Azərbaycan millisinin heyətində hansı futbolçunu fərqləndirə bilərsiniz?
- Komandada kifayət qədər güclü oyunçular var. İndividual bacarıqları yüksəkdir. Ümid edirəm ki, sabah onların qapımıza yol tapmasının qarşısını ala biləcəyik.