21:59 10-11-2021
news_image
314
FUTBOL

Var olmaq üçün yaşayan yığmamız

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Azərbaycan futbol yığmalarında uğursuzluqların ildən-ilə artmasının yalnız bir səbəbi var: yanlış idarəçilik.

Apasport.az saytının məlumatına görə, aşağı yaş qruplarından ibarət yığmalardan tutmuş, əsas milliyə qədər problemlər yumru sap kimi bir-birinə dolaşıb.

Əlbəttə ki, bu, təkcə kişilərə yox, qadınlardan ibarət yığmalara da aiddir. Elə ən böyük biabırçılıqlar da qadın futbolu ilə bağlıdır. Kişilərdən ibarət komandalarımız yenə ara-sıra təsadüfi qələbə ilə təzyiqləri müvəqqəti yatırır. Ancaq qadın futbolu anlayışı Azərbaycanda yalnız 11 nəfəri toplayıb meydana çıxarmaqdan ibarətdir.

19 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki son nəticələri vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu bir daha ortaya çıxardı. Vüqar Əsgərlinin yetirmələri Norveçdən 7, İtaliyadan isə 9 top buraxdıqdan sonra Polşa 0:2 hesablı məğlubiyyətlə bizləri sevindirdi. Bəli, sözün həqiqi mənasında hesab arasındakı fərqin böyük olmamasına sevindik.

Heç əsas yığmanın da U-19-dan fərqi yoxdur. Eyni oyun, eyni nəticələr və bunlara eyni reaksiya. Nə U-19-un baş məşqçisi Vüqar Əsgərli, nə də onun əsas yığmadakı həmkarı Siyasət Əsgərov bu nəticələr fonunda istefa verməyi düşünür. Elə AFFA rəhbərliyi də onların biabırçılıqlarından məmnundur. Dünyanın ən zəif yığmasında belə, ardıcıl ağır yenilgilərdən sonra baş məşqçi utandığından istefa verər. Və ya onu həmin vəzifəyə gətirən qurum səhvini başa düşüb yolları ayırar. Ancaq görünən odur ki, baş məşqçilər nəticələri, AFFA isə ictimai qınağı vecinə almır.

Onları da başa düşmək olar. Çünki Azərbaycanda qadın futbolu var olmaq üçün yaşayır. Axı qadın futbolunun yaşamasına görə UEFA-dan AFFA-ya müəyyən məbləğdə pul gəlir. Assosiasiya rəhbərliyi oturub-durub uşaq futbolundan, perspektivdən, gələcəkdən ağızdolusu danışır, ətrafındakıları da hipnoz edir.

2004-cü ildə yaradılan U-19 qadınlarımızın nəticələrinə baxsaq, ən yaxşı halda ildə və ya iki ildə bir dəfə qələbəyə sevindiyini görərik. 0:20 hesabı ilə başlayan bu macərada yenidən ikirəqəmli hesablarla məğlubiyyətə doğru “irəlilədiyimizi” görmək olar.

Qadınlardan ibarət U-19 millimizin tarixi ərzində keçirdiyi bütün rəsmi oyunlar:

2004/05 (Boris Tibilov) Litva, III qrup, III yer
28.09.2004. Danimarka – 0:20
30.09.2004. Fransa – 0:10
02.09.2004. Litva – 2:1 

2005/06 (Boris Tibilov) Polşa, V qrup, IV yer
27.09.2005. Polşa – 0:7
29.09.2005. Çexiya – 0:3
01.10.2005. Sloveniya – 0:1

2006/07 (Boris Tibilov) Azərbaycan, VIII qrup, III yer
03.10.2006. Serbiya – 0:2
05.10.2006. Danimarka – 1:3 
08.10.2006. Şimali İrlandiya – 3:1 

2007/08 (Şamil Heydərov) Ukrayna, VII qrup, III yer
27.09.2007. Ukrayna – 0:3
29.09.2007. Şotlandiya – 0:3
02.10.2007. Ermənistan – 2:2 

2008/09 (Şamil Heydərov) Azərbaycan, VI qrup, I yer
25.09.2008. Çexiya – 2:1 
27.09.2008. Finlandiya – 1:0 
30.09.2008. Şimali İrlandiya – 1:0 
2-ci mərhələ Portuqaliya, III qrup, II yer
23.04.2009. Portuqaliya – 2:0 
25.04.2009. Uels – 2:2 
28.04.2009. Fransa – 0:2

2009/10 (Şamil Heydərov) Azərbaycan, X qrup, II yer – CƏZALANIB
19.09.2009. İspaniya – 0:2 
21.09.2009. Ukrayna – 1:0 
24.09.2009. Kipr – 8:0 
Yığmada “lipa” tapıldığı üçün nəticələr ləğv olunub və komandamıza 0:3 hesablı məğlubiyyət verilib. Həmçinin komandamız növbəti iki yarışdan kənarlaşdırılıb.
2-ci mərhələ
İtaliya
Belçika
Bosniya və Herseqovina

2010/11. 
Litva
Estoniya
Belçika

2012/13 (Zamin Əsədullayev), Rusiya, IX qrup, IV yer 
20.10.2012. Rusiya – 0:5 
22.10.2012. İsveç – 0:10
25.10.2012. Sloveniya – 0:6

2013/14 (Patrisiya Qonsales), Avstriya, I qrup, III yer
21.09.2013. Xorvatiya – 1:3 
23.09.2013. Avstriya – 0:2
26.09.2013. İsrail – 5:0 

2014/15 (Patrisiya Qonzales), Azərbaycan, II qrup, III yer
13.09.2014. Ukrayna – 0:1
15.09.2014. Danimarka – 0:3
18.09.2014. Kipr – 0:0

2015/16 (Patrisiya Qonzales), Uels, III qrup, I yer
15.09.2015. Uels – 4:1 
17.09.2015. Belçika – 3:0
20.09.2015. Xorvatiya – 2:1 
2-ci mərhələ, İrlandiya, 1-ci qrup, IV yer
05.04.2016. Polşa – 0:0
07.04.2016. İrlandiya – 0:3
10.04.2016. Almaniya – 1:5 

2016/17 (Vüqar Əsgərli), Azərbaycan, VIII qrup, III yer
15.09.2016. Ukrayna – 1:2 
17.09.2016. İspaniya – 0:7
20.09.2016. Latviya – 4:0 

2017/18 (Vüqar Əsgərli), Albaniya, IV qrup, II yer
25.10.2017. Ukrayna - 2:0
28.10.2017. İspaniya – 0:6
31.10.2017. Albaniya – 0:0
Elit-raund (Vüqar Əsgərli), Finlandiya, III qrup, IV yer
04.04.2018. Fransa – 0:6
07.04.2018. Belçika – 1:5
10.04.2018. Finlandiya – 0:4

2018/19 (Vüqar Əsgərli), Türkiyə, II qrup, III yer
03.10.2018. Türkiyə - 0:2
06.10. 2018. İsveçrə - 0:3
09.10.2018. Kipr – 2:1

2019/20 (Vüqar Əsgərli), Portuqaliya, III qrup, III yer
02.10.2019. Portuqaliya – 0:6
05.10.2019. Almaniya – 0:6
08.10.2019. Albaniya – 1:0

2020/21 (koronavirus pandemiyasına görə mövsüm ləğv edilib) (Vüqar Əsgərli), Belçika, VII qrup, yer
18.02.2021. İsveç
21.02.2021. Belçika
24.02.2021. Kipr

2020/21 (Vüqar Əsgərli), İtaliya, A liqası, VII rup, IV yer
20.10.2021. Norveç – 0:7
23.10.2021. İtaliya – 0:9
26.10.2021. Polşa – 0:2

Ruslan Sadıqov

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur