13:34 10-11-2021
news_image
102
FUTBOL

Simeoneyə Premyer Liqadan təkliflər

“Verona”nın hücumçusu Covanni Simeone karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubları argentinalı forvardın transferində maraqlıdır.

Xüsusən də, “Vest Hem” 26 yaşlı oyunçunu heyətinə cəlb etməyi planlaşdırır. İddialı kollektiv qurmaq istəyən klub rəhbərliyi “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğlu ilə danışıqlara başlayıb. “Verona”da icarə əsasında çıxış edən Covanni 2024-cü ilin yayına qədər müqavilə ilə “Kalyari”yə məxsusdur.

Qeyd edək ki, oktyabrda A seriyasının ən yaxşısı seçilən Covanni Simeone bu mövsüm 12 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə verib.